Tramp-Zelenski görüşü başa çatdı – FOTOLAR/YENİLƏNİB

Həmçinin oxuyun:

Kiyevə “acı mesaj” – Zelenskidən belə üz döndərdilər

Tramp-Zelenski görüşü başa çatdı – FOTOLAR/YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla bir neçə saat öncə keçirilmiş görüş barədə sosial şəbəkələrdə daha ətraflı məlumat paylaşıb.

Globalinfo.az xəbər verir ki, Zelenski görüşü “yaxşı görüş” kimi dəyərləndirib və qeyd edib ki, müzakirələr zamanı əsas mövzulardan biri ABŞ-dan hava hücumundan müdafiə sistemlərinin alınması olub.

“Prezident Trampı Yaxın Şərqdəki uğurlu əməliyyata görə təbrik etdim. ABŞ-ın atdığı addımlar təkcə İranın nüvə proqramını deyil, həm də dron istehsalını zəiflətdi”, – deyə Zelenski bildirib.

O, əlavə edib ki, Trampla ukraynalıların müdafiəsi məsələsini, xüsusilə də şəhərlərin, insanların, kilsələrin və infrastrukturun qorunması üçün Amerika istehsalı olan HHM sistemlərinin alınmasını müzakirə ediblər.

“Ukrayna bu sistemləri almağa və ABŞ müdafiə sənayesini dəstəkləməyə hazırdır”, – Zelenski bildirib.

Qeyd edək ki, ABŞ-ın “Patriot” sistemləri Rusiyanın Ukraynaya atdığı müxtəlif raketləri məhv etmək qabiliyyəti ilə seçilir və bu baxımdan əvəzolunmaz hesab olunur. Görüşdən sonra keçirilən mətbuat konfransında “BBC Ukrainian”ın müxbiri Trampdan Ukraynaya “Patriot” sistemlərinin satılma ehtimalı ilə bağlı sual ünvanlayıb. Tramp konkret vəd verməsə də, “baxacağıq” deyə cavablayıb.

Zelenski həmçinin bildirib ki, onlar Trampla döyüş meydanındakı vəziyyət barədə də fikir mübadiləsi aparıblar.

“Putin qətiyyən qalib gəlmir. Mən Trampa ərazidə gerçək baş verənlərin faktiki mənzərəsini təqdim etdim”, – o əlavə edib.

***

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp Haaqada keçirilən NATO sammiti çərçivəsində görüş keçiriblər. Görüş zamanı əsas müzakirə mövzusu Ukraynada atəşkəsin əldə olunması olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski şəxsi teleqram kanalında yazıb.

Prezident Trampla uzun və məzmunlu görüşümüz oldu. Həqiqətən də önəmli bütün məsələləri müzakirə etdik. Cənab Prezidentə və Birləşmiş Ştatlara təşəkkür edirəm. Ukraynada atəşkəsin və həqiqi sülhün necə əldə oluna biləcəyini müzakirə etdik”, – o bildirib.

Zelenski görüşün detalları ilə bağlı məlumatın sonradan açıqlanacağını da qeyd edib.

***

Tramp və Zelenski arasında görüş başa çatıb.

Globalinfo.az xəbər verir ki, ABŞUkrayna prezidentlərinin görüşü 40 dəqiqədən çox davam edib.

***17:25

Tramp və Zelenski görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald TrampUkrayna Prezidenti Volodimir Zelenski Haaqada NATO sammiti çərçivəsində görüşüb.

Tramp-Zelenski görüşü başa çatdı – FOTOLAR/YENİLƏNİB Tramp-Zelenski görüşü başa çatdı – FOTOLAR/YENİLƏNİB Tramp-Zelenski görüşü başa çatdı – FOTOLAR/YENİLƏNİB Tramp-Zelenski görüşü başa çatdı – FOTOLAR/YENİLƏNİB