Trampla Putin arasında görüş keçirilə bilər – Tarix

Trampla Putin arasında görüş keçirilə bilər - Tarix

ABŞ Prezidenti Donald Tramp gələn həftə Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşmək niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bu barədə “New York Times” nəşri planla tanış olan mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Tramp tezliklə həm Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə ayrı-ayrılıqda görüşməyi planlaşdırır.

Nəşr yazır ki, Tramp bu planlarını Avropa liderləri ilə telefon danışığı zamanı açıqlayıb. Onun sözlərinə görə, görüşlər yalnız bu üç liderin iştirakı ilə — Avropa liderlərinin iştirakı olmadan baş tutacaq.

Qeyd olunur ki, hələlik Putin və ya Zelenskinin bu planla razılaşdığı rəsmi şəkildə təsdiqlənməyib. Qəzet əlavə edir ki, Tramp Avropa liderləri ilə telefon əlaqəsi saxlayarkən, Ukrayna prezidenti Zelenski də söhbət zamanı xəttdə olub.

Tahir Turan
Globalinfo.az