Daha bir ölkə müharibə hazırlıqlarına başladı

Daha bir ölkə müharibə hazırlıqlarına başladı

Danimarka Qrenlandiyadakı aviabazasında olan hərbçilərinin sayını artıracaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Danimarka KİV məlumat yayıb.

Bildirilir ki, Kopenhagenin belə addım atmasına səbəb ABŞ-ın yeni seçilmiş Przidenti Donald Trampın səsləndirdiyi iddialar olub.

Danimarka ordusunun yaydığı hesabata əsasən, Kopenhagen hərbi konfliktlərdən qaçaraq Arktikada gərginliyin aşağı saxlanılmasının tərəfdarıdır. Hesabatda bu ölkənin Qrenlandiyadakı hərbi bazadan düşmən güclərini dayandırmaq üçün istifadə etmək niyyətində olduğu bildirilir.

Qeyd edək ki, Donald Tramp bir müddət öncə Qrenlandiyanın ABŞ-a qaytarılmalı olduğunu deyib və bunun Birləşmiş Ştatların milli təhlükəsizlik maraqları baxımından vacib olduğunu bəyan edib.

Əliyar Xəlil
Globalinfo.az