tramp govor 08 1 1751460386

ABŞ Prezidenti Donald Tramp dünyaca məşhur media orqanlarından “Wall Street Journal”ı məhkəməyə verib. 

Globalinfo.az xəbər bildirir ki, ittiham əsasən qəzetin sahibi Rupert Merdoku və iki jurnalistinə qarşı qaldırılacaq.

Məlumata görə, qəzet onun pedofillik və qeyri-qanunu şəbəkə yaradaraq azyaşlıları cinsi zorakılığa məruz qoymaqla tanınan amerikalı milyarder Cefri Epsteinə Trampın 2023-cü ildə məktub göndərdiyini yazıb. ABŞ lideri buna görə nəşri məhkəməyə verib.

Qəzetin yazdığına görə, məktubda çılpaq qadın fotoları və Trampla Epsteinin “ortaq sirləri” barədə qeydlər olub. Tramp iddia edir ki, “Wall Street Journal” nəşri onun işgüzar nüfuzuna ciddi zərbə vurub.

Qeyd edək ki, 2019-cü ildə həbs olunan Cefri Epstein qısa müddət sonra ölü tapılıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: