“ABŞ Prezidenti Donald Tramp şəxsi olaraq köməkçilərinə açıq şəkildə bildirib ki, Vaşinqton və Kiyev arasında faydalı qazıntı sazişinin imzalanması hərbi yardım və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etmək üçün kifayət deyil”.
Globalinfo.az xəbər verir ki, bu barədə “NBC” məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp Rusiya Prezidenti Vladimir Putinin istəyinə uyğun olaraq Volodimir Zelenskinin Ukrayna prezidenti postundan uzaqlaşdırılmasına çalışır:
“Bu həftə Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqların keçirilməsi planlaşdırılır. Tramp orada ABŞ-ın Ukraynanın nadir torpaq metallarına və digər minerallara çıxışına imkan verəcək razılaşma əldə etmək istəyir. Həmçinin Zelenskinin sülh danışıqlarına yanaşmasını dəyişməyə və onu Rusiyaya ərazi güzəşti məsələsinə razı salmağa çalışır. Ağ Ev rəhbərinin hətta Zelenskidən prezident postundan getməsini və ölkədə seçkilər keçirməsini tələb edə bilər”.
Qeyd edək ki, ötən gün ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Volodimir Zelenskinin Ağ Evdə yaşanan qalmaqala görə Trampa üzr məktubu göndərdiyini açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az














