ABŞ Prezidenti Donald Tramp ayaqlarında yüngül şişlik və qolundakı göyərmələrlə bağlı tibbi müayinədən keçib.
Globalinfo.az xəbər verir ki, müayinələrin nəticəsində 79 yaşlı Trampda xroniki venoz çatışmazlıq diaqnozu qoyulub.
Bu barədə Ağ Evin mətbuat katibi Caroline Leavitt brifinq zamanı Trampın həkiminin hazırladığı tibbi qeydini jurnalistlərlə bölüşüb.
Məlumata görə, Tramp ultrasəs müayinəsi və qan damarlarının diaqnostik tədqiqini əhatə edən hərtərəfli yoxlamadan keçib. Nəticədə, onun damarlarının qanı ayaqlardan ürəyə qaytarmaqda çətinlik çəkdiyi və bu səbəbdən qan yığılması müşahidə edildiyi müəyyən edilib.
Klivlend Klinikasının məlumatına görə, xroniki venoz çatışmazlıq əsasən yaşlı insanlarda rast gəlinən damar pozuntusudur və vaxtında tibbi müdaxilə tələb edir.
Tahir Turan
Globalinfo.az














