Trampın qərarı 730 min məktəblini təhlükəyə atdı

Trampın qərarı 730 min məktəblini təhlükəyə atdı

ABŞ-da 730 mindən çox məktəbli deportasiya olunan bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, bu təhlükə ABŞ Prezidenti Donald Trampın miqrasiya haqqında qanunun xəstəxana, kilsə və məktəblərə də şamil ediləcəyi ilə bağlı qərarından sonra yaranıb.

“Valideynlər vətəndaşlığı olmayan övladlarını evdən tək buraxmağa qorxurlar. Məktəb rəhbərliyi isə davamiyyətin zəifləyəcəyindən ehtiyat edir. Bu, uşaqların sosial və akademik inkişafına mənfi təsir göstərəcək”, – deyə nəşrdə qeyd edilir.

Əliyar Xəlil 

Globalinfo.az