Trampın Putin və Zelenski ilə danışıqları… – Pentaqon rəhbəri

Trampın Putin və Zelenski ilə danışıqları... - Pentaqon rəhbəri

Prezident Donald Trampın Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışması qitədə sülhün təmin olunmasına gətirib çıxaracaq.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset jurnalistlərə açıqlamasında bildirib.

“Dünyada tərəfləri bir araya gətirərək sülhü təmin etmək qabiliyyətinə malik tək bir şəxs var: o da Prezident Donald Trampdır. O, bunu dünən həm Rusiya, həm də Ukrayna prezidentləri ilə danışaraq göstərdi və biz inanırıq ki, bu, qitədə davamlı və uzunmüddətli bir sülhün təmin olunmasına gətirib çıxaracaq”, – Heqset qeyd edib.

Müdafiə nazirinin sözlərinə görə, Trampın məqsədi sülhü gətirməkdir, bu da Avropanın və ABŞ-ın maraqlarına uyğundur.