İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qatılmamasının səbəbi bəlli olub.
Globalinfo.az xəbər verir ki, Trampın “Truth” sosial şəbəkə hesabında paylaşdığı bir videonun Netanyahu və İsrail hökumətini qəzəbləndirdiyi iddia edilir.
Məlumata görə, Netanyahu bir neçə gün əvvəl prostat əməliyyatı keçirib. Həkimlər və hökumət nümayəndələri ona sağlamlığını təhlükəyə atmaması üçün ABŞ prezidentinin andiçmə mərasiminə qatılmamağı tövsiyə ediblər. Lakin Baş nazir mərasimdə iştirak edəcəyini bildirib və bu istiqamətdə hazırlıq görülməsini tapşırıb. Trampın yanvarın 7-də “Truth” sosial şəbəkəsində paylaşdığı videodan sonra isə Netanyahu qərarını dəyişib.
Belə ki, Trampın paylaşdığı videoda amerikalı iqtisadçı professor və siyasi analitik Ceffri Saks İsrailin baş nazirini təhqir edib və onu ABŞ-ı Yaxın Şərqdə müharibələrə sürükləməkdə günahlandırıb. ABŞ prezidentinin bu addımı Təl-Əvivdə birmənalı qarşılanmayıb və baş nazirin yanvarın 2-də Vaşinqtona səfəri sağlamlıq məsələsi səbəb göstərilməklə təxirə salınıb.
🚨🇺🇸🇮🇱 BREAKING: President Trump shared a video of Jeffrey Sachs calling NETANYAHU a “deep dark son of a bitch” who drags the US into endless wars in the Middle East.
⬇️ WATCH the full video: pic.twitter.com/QG80UBHTeh
— Jackson Hinkle 🇺🇸 (@jacksonhinklle) January 13, 2025
Əliyar Xəlil
Globalinfo.az














