Trampın andiçməsinə getmək istəyən sabiq prezidentə qadağa qoyuldu

Trampın andiçməsinə getmək istəyən sabiq prezidentə qadağa qoyuldu

Braziliyanın Ali Məhkəməsi Trampın andiçmə mərasimində iştirak etmək istəyən keçmiş prezident Jair Bolsonaronun pasportunu qaytarmayıb.

Globalinfo.az xəbər verir ki, Ali Məhkəmə sabiq prezidentin ABŞ-a getməsi üçün lazım olan sənədi qaytarmaq tələbinə rədd cavabı verib.

Hakim Alexandre de Moraes, Bolsonaronun cinayət məsuliyyətindən qaçmaq üçün siyasi sığınacaq istəmək imkanlarını nəzərdən keçirdiyini əsas gətirib.

Xatırladaq ki, 2030-cu ilə qədər prezidentliyə namizədliyinə qadağa qoyulan və 2022-ci il seçkilərində məğlub olduqdan sonra dövlət çevrilişinə cəhddə ittiham olunan Bolsonaro 2024-cü ilin fevralında Braziliyanın ən yüksək məhkəməsi tərəfindən pasportundan məhrum edilib. Ölkənin keçmiş prezidenti isə hər hansı qanun pozuntusunu rədd edir.

Qeyd edək ki, 2019-2022-ci illərdə ölkəni idarə edən Bolsonaro keçən həftə Trampın andiçmə mərasiminə dəvət edildiyini açıqlayıb və pasportunun qaytarılmasını tələb edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az