Bayden ikinci dəfə prezidentliyə namizəd olmaq istəyir

ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə ikinci müddətə namizəd olmaq niyyətindədir.

Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, bu barədə NBC məlumat yayıb.

Baydenin tərəfdarları onun ikinci müddətə namizədlik niyyətində olduğunu bəyan ediblər. Mətbuatda yazılanlara görə, Bayden son vaxtlar bu mövzuda bəyanatlardan yayınmağa çalışır.

Baydenin rəqibinin ABŞ-ın keçmiş prezidenti Donald Tramp olacağı ehtimal edilir.