ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışında qurumu dünyadakı münaqişələrin həllində fəaliyyətsizlikdə günahlandırıb.
Globalinfo.az xəbər verir ki, Trampın sözlərinə görə, BMT-nin böyük potensialı olsa da, hazırda təşkilat passivlik nümayiş etdirir və sadəcə külli miqdarda vəsait xərcləyir.
“BMT-dən qazandığım yeganə şey xarab eskalator və işləməyən suflyordur”, – deyə Tramp ironiya ilə bildirib.
Xatırladaq ki, ABŞ lideri Baş Assambleyaya gələn zaman məhz onun qarşısında eskalator sıradan çıxıb, prezident isə pilləkənlə qalxmaq məcburiyyətində qalıb. Daha sonra isə Trampın çıxışı öncəsi telesuflyoru işini dayandırıb.
Aysel Əliyeva
Globalinfo.az














