Trampdan sürpriz açıqlama: “Putin sülh istəyir!”

Trampdan sürpriz açıqlama: "Putin sülh istəyir!"

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülhə nail olmaq istəyinə inandığını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Ağ Evdə keçirilən yeni qanun layihəsinin imzalanma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ Prezidentinin mətbuat xidmətinin jurnalistlərə təqdim etdiyi qeydə əsasən, Trampa iki sual ünvanlanıb: “Sizcə, Putin sülh istəyirmi?” və “Papa XIV Leo Ukrayna münaqişəsinin nizamlanmasında vasitəçi ola bilərmi?”

Hər iki suala Trampın cavabı qısa və konkret olub: “Bəli, düşünürəm”.

Aysel Əliyeva
Globalinfo.az