Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Putin Trampı 80 illik yubileyi münasibətilə təbrik edib.
Rusiya tərəfinin rəsmi açıqlamasına görə, Tramp Putinin təbriklərindən təsirlənib və bu gün ona zəng edən ilk xarici lider olduğunu deyib.
Tərəflər digər məsələlərlə yanaşı, qarşıdan gələn ABŞ–İran memorandumunu da müzakirə ediblər.
Tramp Putini Ukraynadakı hərbi əməliyyatlara son qoymağa çağırıb.
Əliyar Xəlil
Globalinfo.az