Trampdan kritik həmlə: siyahıda Azərbaycan da var?

Trampdan kritik həmlə: siyahıda Azərbaycan da var?

ABŞ Prezident Administrasiyası ölkənin bütün dünya üzrə konsulluqlarının bağlanmasını nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, məlumatı “NBC Nyus” öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, bu addım Dövlət Departamentinin xərclərinin azaldılması ilə bağlıdır. Qərarın xüsusilə Avropa, Kanada, Meksika və Sakit okean ölkələrini əhatə edəcəyi bildirilib. Avropadakı konsulluqlar arasında əsas hədəfə Almaniya və Fransadakı nümayəndəliklərin düşəcəyi vurğulanıb.

Televiziya Trampın artıq bu sənədlə tanış olduğunu, amma yekun qərarın hələlik verilmədiyini bildirib. Üstəlik, konsulluqların bağlanma tarixi barədə hələlik informasiya yoxdur.

Qeyd edək ki, Tramp administrasiyası bundan öncə USAİD-i qapadıb. USAİD-lə yanaşı “Azadlıq Radiosu” və “Amerikanın səsi” radiosunun daxil olduğu ABŞ Qlobal Media Korporasiyasının bağlanması nəzərdən keçirilir.

Məlumat üçün bildirək ki, ABŞ-ın Bakıdakı səfirliyində konsulluq şöbəsi də fəaliyyət göstərir.

Əliyar Xəlil
Globalinfo.az