Trampdan Kanada ilə bağlı qərar: danışıqlar dayandırılır

Trampdan Kanada ilə bağlı qərar: danışıqlar dayandırılır

ABŞ Kanada ilə ticarət sahəsində əməkdaşlığa dair bütün müzakirələri dayandırır.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində yazıb.

O həmçinin, ölkəsinin Kanadaya yeni idxal rüsumları tətbiq edəcəyini də bəyan edib.

“Kanada ilə bütün ticarət danışıqlarını dayandırırıq. Qərar dərhal qüvvəyə minir”, – deyə Ağ Ev rəhbəri bildirib.

Amerika lideri vurğulayıb ki, onun bu qərarı Ottavanın Amerika texnologiya şirkətləri üçün rəqəmsal xidmətlər vergisi tətbiq etmək niyyəti ilə bağlıdır. Tramp Kanada hakimiyyətini AB-ni təkrarlamaqda ittiham edib.