Tramp hC999dC999 900x506 3

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən əvvəl İrana hücum etməyəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında yazıb:

“Noyabrın 3-də ABŞ-da aralıq seçkilər keçirilənədək İrana hücum etməyəcəyik”, – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti bildirib ki, İranın ağır iqtisadi və hərbi vəziyyətinə baxmayaraq, ölkəyə qarşı blokada tam şəkildə davam etdiriləcək.

“İran İslam Respublikası ilə məhsuldar danışıqlar aparırıq”, – Tramp qeyd edib.

O, həmçinin hazırda Hörmüz boğazından rekord həcmdə neft keçdiyini bildirib. Trampın sözlərinə görə, yalnız ötən gecə boğazdan 22 milyon barrel neft daşınıb. Bu neftin heç bir barreli İrandan çıxmayıb və ora göndərilməyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: