Trampdan hərbi həmlə: ABŞ bu ölkəyə hücuma hazırlaşır – KİV

Trampdan hərbi həmlə: ABŞ bu ölkəyə hücuma hazırlaşır - KİV

ABŞ qoşunları narkotik kartellərinə qarşı mübarizə çərçivəsində Venesuelada bir neçə hədəfi ələ keçirmək üçün əməliyyata başlamağa hazırdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Examiner” nəşri yazıb.

“Hərbi ekspertlər hesab edirlər ki, hazırda yığılmış qüvvələr Venesuela daxilində limanlar və aerodromlar kimi əsas strateji hədəfləri ələ keçirmək və saxlamaq üçün kifayətdir.

ABŞ-ın ölkədəki hərbi gücü narkotik kartellərinə qarşı əməliyyatlar üçün tələb olunandan xeyli dərəcədə böyükdür”, – deyə bildirilib.

Qeyd edək ki, oktyabrın 3-də ABŞ Prezidenti Donald Tramp narkotik kartelləri ilə silahlı münaqişənin başladığını bəyan edib.

Əliyar Xəlil
Globalinfo.az