“ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hunter Bayden 2028-ci il prezident seçkilərində Demokratların ilkin seçkilərində qalib gələ bilər”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Mən deyərdim ki, Hanter bunu edə bilər”, – deyə o, Ağ Evdə keçirilən brifinqdə bildirib.
ABŞ Prezidentinin sözlərinə görə, bu, Demokrat Partiyasından olan digər potensial namizədlərin dəstəyi fonunda mümkündür.
Əliyar Xəlil
Globalinfo.az