
Böyük Britaniyada fermerlər etiraz aksiyasına başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Traktorlarla Londonun mərkəz küçələrinə gələn etirazçılar yolu bağlayıblar.
Etirazçılar məhsulların ucuz qiymətə satılmasına, idxalın artmasına və vergilərin artırılmasına qarşı çıxırlar.
Xatırladaq ki, hökumət kənd təsərrüfatında istifadə edilən 1 milyon funt-sterlinqdən çox dəyəri olan daşınar və daşınmaz əmlakın miras yolu ilə ötürülməsinə 20 faiz vergi almağı planlaşdırır.
Qərarın 2026-cı ilin apreldə qüvvəyə minməsi gözlənilir.
Aysel Əliyeva
Globalinfo.az