Trampdan gözlənilməz addım: Danışıqlara razılıq verdi

Trampdan gözlənilməz addım: Danışıqlara razılıq verdi

ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro ilə danışıqlara hazır olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü zamanı Tramp “Mən dialoqa açığam” deyərək, Maduro ilə mümkün müzakirələrə qapalı olmadığını bildirib.

Bundan əvvəl Maduro Trampla əlaqə saxlayaraq onu iki ölkə arasında sülh mövzularını müzakirə etmək üçün dialoqa çağırmışdı. O, münasibətlərin normallaşdırılması və mövcud gərginliklərin həlli üçün dialoqu yeganə yol adlandırıb.

Tahir Turan
Globalinfo.az