ABŞ Prezidenti Donald Tramp İranla münaqişəyə tez bir zamanda son qoymaq istəyir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Ağ Ev bəzi məsələlərdə Tehranla güzəştə getməyə hazırdır.
“Tramp danışıqlara ciddi yanaşır və həqiqətən də bunun bitməsini istəyir. Amma iranlılar hələlik bundan imtina edirlər. Yəqin ki, ABŞ lideri münaqişəyə son qoymaq üçün daha çox kompromislərə razılaşacaq”, – deyə sülh danışıqları ilə tanış olan yüksək vəzifəli Körfəz rəsmisi qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az