Trampdan Braziliya ilə bağlı qərar – Rüsumları artırdı

Trampdan Braziliya ilə bağlı qərar - Rüsumları artırdı

ABŞ Prezidenti Donald Tramp Braziliyaya gömrük rüsumlarını 40 faizdən 50 faizə qaldırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Braziliyadan gətirilən mallara ümumi tarifin 50%-ə çatdırılması haqqında sərəncam Braziliya hökumətinin hərəkətlərinin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatına təhdid yaratdığı üçün qəbul edildiyi bildirilir.