Trampa sui-qəsdlə bağlı sensasiya – Onun qisasını almağa çalışıblar?

Tramp Qasim 1231

ABŞ-ın nüfuzlu CNN nəşrinin prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdinin arxasında İranın olduğunu iddia etməsi şok effetki yaradıb. 

Globalinfo.az xəbər verir ki, nəşr ABŞ xarici kəşfiyyat xidmətinin adı açıqlanmayan rəsmisindən bu barədə məxfi məlumat əldə etdiyini yazıb.

İranın BMT-dəki Daimi Nümayəndəliyi Tehranın ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində əli olması ilə bağlı ittihamları rədd edib.

CNN-in müxbiri Fərid Zəkəria isə hazırda İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeriyə məsələ ilə bağlı sual ünvanlayıb. Müxbirin “Bu sui-qəsd planı general Qasım Süleymaninin Tramp administrasiyası dövründə ölürülməsinin qisasıdırmı?” – sualına XİN rəsmisi belə cavab verib:

“Mən açıq şəkildə dedim ki, biz general Süleymaninin qətlinin günahkarları və onların dəstəkçilərinin ədalət qarşısında cavab verməsi üçün çalışırıq. Tehran bu məsələdə beynəlxalq səviyyədə məhkəməyə müracət etməyi seçdi. İndiyə kimi bu addımı atmışıq, çünki bizim haqqımızdır. Hüquqi səviyyədə məsələnin həlli istiqamətində səylərimizi davam edirəcəyik. Generalın qətlində əli olanlar ədalət qarşısında cavab verməlidir”.

Ayşən Mustafa
Globalinfo.az