Ermənistan yeni məlumat yaydı: “Azərbaycanlıların Zoda daxil olması…”

Ermənistan Müdafiə Nazirliyi şərti sərhəddə yerləşən Zod kəndinin atəşə tutulması ilə bağlı yeni xəbər yayıb.

Globalinfo.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Aram Torosyan bu barədə yerli KİV-də yayılan məlumatların doğru olmadığını açıqlayıb:

“Ermənistanın Zod rayonu istiqamətində mövqelərinin atəşə tutulması barədə KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Xatırladaq ki, “Hraparak” qəzeti dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Ermənistanla şərti sərhəddə yerləşən Zod kəndi istiqamətində atışma olduğu haqda məlumat yaymışdı.

Əliyar Xəlil,

Globalinfo.az