Trampa İsrail-İran münaqişəsi ilə bağlı qadağa qoyulacaq

Trampa İsrail-İran münaqişəsi ilə bağlı qadağa qoyulacaq

ABŞ-da prezident Donald Trampın İsrailİran arasındakı münaqişəyə müdaxiləsini qadağan edən qətnamə hazırlanıb.

Globalinfo.az xəbər ki, bu barədə “Skay Nyus” məlumat yayıb.

Bildirilib ki, sənəd artıq ABŞ Konqresinə təqdim edilib:

“Qətnaməni respublikaçı Tomas Massi və demokrat Aleksandriya Okasio-Kortez hazırlayıb. Onların fikrincə, Konstitusiya ABŞ-a birtərəfli qaydada “müharibə aktları” törətməyə icazə vermir. “Konqres İrana müharibə elan etmək üçün yeganə səlahiyyətə malikdir. Lakin bu, bizim müharibəmiz deyil. Olsa belə, müvafiq qurum bu cür məsələlərə Konstitusiyamıza uyğun qərar verməlidir”, deyə sözügedən şəxslər deyib”.

Əliyar Xəlil
Globalinfo.az