ABŞ Prezidenti Donald Tramp hələ Venesuelaya qarşı hərbi hücum barədə qərar verməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
“Hazırda prezident Venesuelaya qarşı quru əməliyyatına başlayıb-başlamayacağına qərar verməyib. ABŞ, göstərilən təzyiqin Prezident Nikolas Maduronu birbaşa müdaxilə olmadan istefaya vadar edəcəyinə inanır. Ona görə də, Vaşinqton bölgədəki hərbi mövcudluğunu artırır”, – deyə nəşr yazıb.
Əliyar Xəlil














