
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Alyaska ştatında keçirilən görüşdən sonra Vaşinqtona yola düşmək üçün təyyarəsinə minib.
Globalinfo.az bu barədə canlı yayıma istinadən xəbər verir.
Qeyd edək ki, 3 saatdan çox çəkən danışıqlara prezidentlərin keçirdiyi qısa mətbuat konfransı ilə yekun vurulub. Rusiya və ABŞ prezidentləri danışıqların məhsuldar və konstruktiv keçdiyini bildiriblər.














