Tramp administrasiyası onlarla ukraynalını ABŞ-dan deportasiya etməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Ukraynanın ABŞ-dakı səfiri təxminən 80 Ukrayna vətəndaşının deportasiya olunduğunu təsdiqləyib. Əlavə edib ki, ABŞ hakimiyyəti Ukraynaya birbaşa beynəlxalq hava reysi olmadığından deportasiyanın logistikası üzərində işləyir.
“Deportasiya dünyanın əksər ölkələrinin immiqrasiya qanunları ilə təmin edilən hüquqi mexanizmdir. Bu, vətəndaşlığından asılı olmayaraq, ABŞ-da qalma şərtlərini pozan bütün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilir”, – deyə səfir vurğulayıb.
Qeyd olunur ki, 2024-cü maliyyə ilində 53 ukraynalı ABŞ-dan deportasiya edilib.
Əliyar Xəlil














