Tramp Ukrayna münaqişəsində Baydeni günahlandırdı

Tramp Ukrayna münaqişəsində Baydeni günahlandırdı

ABŞ Prezidenti Donald Tramp Ukraynada davam edən münaqişə ilə bağlı növbəti açıqlama ilə çıxış edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə şəxsi “Truth Social” hesabında paylaşım edib.

Tramp bildirib ki, hazırda baş verənlər heç vaxt olmamalı idi və bu münaqişəyə görə məsuliyyət daşıyan şəxs hazırkı Prezident Co Baydendir.

“Bu, heç vaxt baş verməməli olan bir müharibədir. Bu, Baydenin müharibəsidir, Trampın deyil. Mən bütün bunları dayandıra biləcəyimi görmək üçün buradayam”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Tramp daha əvvəl dəfələrlə bəyan edib ki, RusiyaUkrayna müharibəsini qısa müddətdə dayandıra biləcəyinə inanır. Onun bu bəyanatları 2024-cü il seçki kampaniyasının əsas ritorikalarından biri olub.

Tahir Turan
Globalinfo.az