Ukrayna təklif edəcək, Rusiya razılaşacaq – Trampın sülh ssenarisi

“Bu yaxınlarda baş vermiş üsyan Putini bir qədər zəiflədib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

“Mən istəmirəm ki, müharibəyə görə insanlar ölsün. Kiyev hökuməti ola bilsin ki, müharibəni dayandırmaq üçün torpaqların bir hissəsini Rusiyaya güzəştə gedəcək.

Mən prezident olsaydım, bunlar hamısı danışıqlar predmeti olardı. Ancaq ukraynalılar enerjili şəkildə mübarizə apardılar, böyük kredit qazandılar, düşünürəm ki, qazandıqlarının böyük hissəsini əllərində saxlaya biləcəklər, Rusiya da buna razılaşacaq. Sizə düzgün danışıq aparanlar və vasitəçilər lazımdır, bizdə isə belələri yoxdur.

Deyə bilərəm ki, Putin hələ də güclüdür, ancaq çox güman ki, bir qədər zəifləyib. Putinin alternativinin necə olacağı bilinmir, yaxşı da ola bilər, çox daha pis də”, – D.Tramp bildirib.

Qeyd edək ki, D.Tramp tez-tez Ukrayna müharibəsini həll etmək üçün planı olduğunu deyirdi.