ABŞ Prezidenti Donald Tramp Qazaxıstana səfər edə biləcəyini deyib.
Globalinfo.az xəbər verir ki, o bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Onunla (Tokayevlə – red.) əla söhbətim oldu. Ona salamlarımı çatdırın. O, əla insandır”, – Tramp vurğulayıb.
Bir qədər əvvəl Qazaxıstanın Baş nazirinin müavini – milli iqtisadiyyat naziri Serik Jumanqarin bildirmişdi ki, ABŞ-la ticarət-iqtisadi əlaqələrin inkişafı respublikanın xarici siyasətində prioritet istiqamətdir. Onun sözlərinə görə, Astana ticarət dövriyyəsinin artırılması üçün potensial görür.














