Tramp timsahlarla dolu yerə gedəcək

Tramp timsahlarla dolu yerə gedəcək

ABŞ Prezidenti Donald Tramp iyulun 1-də timsahlarla əhatə olunmuş miqrantların saxlanma mərkəzinin açılış mərasimində iştirak edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, həbsxana Florida ştatındakı Everqleyds Milli Parkında açılacaq.

Qeyd olunur ki, mərkəz tərk edilmiş təlim aerodromunun yerində yerləşəcək. Yerli rəsmilər təcridxananı “Alliqator Alkatraz” adlandırırlar. Orada beş minə qədər insanın saxlanacağı gözlənilir.

Xatırladaq ki, sözügedən layihə bir müddətdir ABŞ-da etirazlara səbəb olmuşdu.

Əliyar Xəlil
Globalinfo.az