ABŞ Prezidenti Donald Tramp Rusiya bayrağı altında üzən və ya Rusiya ilə əlaqəli olan gəmilərin Amerika limanlarına daxil olmasına qoyulan qadağanı daha bir il müddətinə uzatdı.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Ağ Evin sənədində qeyd olunub və ABŞ-ın Federal Reyestrində dərc edilib.
Sənəddə deyilir:
“Mən, Rusiya Federasiyasına qarşı elan olunan fövqəladə vəziyyətin və Prezidentin 10371 saylı bəyanatında göstərilən fövqəladə səlahiyyətlərin müddətini bir il uzadıram. Bu səlahiyyətlər Rusiya ilə əlaqəli gəmilərin ABŞ limanlarına daxil olması və dayanması ilə bağlı tənzimləmələri əhatə edir”.
Bu addım ABŞ-ın Rusiya ilə bağlı mövcud sanksiyalar və məhdudiyyətlər siyasətinin davamı kimi qiymətləndirilir.
Aysel Əliyeva
Globalinfo.az














