“ABŞ Prezidenti Donald Tramp Ukraynaya qoyulan bütün məhdudiyyətləri ləğv etməyi düşünür”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kyiv Post” məlumat yayıb.
“Hazırda bu istiqamətdə qərarlar nəzərdən keçirilir. Tramp hesab edir ki, mövcud status-kvo Rusiyanı danışıqlara məcbur etmək məsələsində ümumi maraqlara uyğun gəlmir. Ağ Ev sahibinin Moskvanın “cəzalandırılması” ilə bağlı yekun qərarı, eləcə də Ukraynaya növbəti dəstək mərhələsi mayın sonunda müzakirə olunacaq. Bu, Vaşinqtonda Almaniya rəsmiləri ilə görüşlər zamanı ola bilər”, – deyə iddia edilib.
Əliyar Xəlil
Globalinfo.az














