Tramp “Roma papası” oldu – FOTO

Tramp "Roma papası" oldu - FOTO

ABŞ Prezidenti Donald Trampın “Truth Social” sosial şəbəkəsindəki paylaşımı maraqla qarşılanıb. 

Globalinfo.az  xəbər verir ki, Ağ Ev rəhbəri səhifəsində özünün Roma Papası geyimində təsvir edilmiş fotosunu yayımlayıb.

Tramp fotoya heç bir şərh yazmayıb. ABŞ prezidentinin bu addımı müzakirələrə səbəb olub.

Qeyd edək ki, Donald Tramp Roma Papası Fransiskin dəfn mərasimində iştirak edib, lakin daha sonra onun kişilər üçün nəzərdə tutulan protokola əsasən geyim qaydalarını pozduğu açıqlanıb. O, ötən günlərdə mətbuata açıqlamasında zarafatla yeni Roma Papası ola biləcəyini söyləyib.

Sözügedən fotonu təqdim edirik:

Tramp "Roma papası" oldu - FOTO

Əliyar Xəlil
Globalinfo.az