Tramp Putinlə görüşmək istədiyi yeri açıqladı

Tramp Putinlə görüşmək istədiyi yeri açıqladı

ABŞ Prezidenti Donald Tramp Budapeşti Rusiya Prezidenti Vladimir Putinlə yeni görüş üçün mümkün məkan kimi saxladığını bildirib.

Globalinfo.az-ın xəbərinə görə, o, bu barədə Ağ Evdə Macarıstanın baş naziri Viktor Orbanla görüş zamanı danışıb.

“Yaxşı, mən bunu Macarıstanda, Budapeştdə saxlamaq istərdim. Belə çıxır ki, əvvəllər onun olmasını istəməmişəm, çünki əhəmiyyətli bir nəticə gözləmirdim. Amma indi olsa, Budapeştdə keçirilməsini istərdim”, – Tramp deyib.

O, həmçinin qeyd edib ki, Putinlə Budapeştdə görüşmək imkanı hələ də qalır.

Xatırladaq ki, oktyabrın 23-də Tramp rusiyalı həmkarı ilə Budapeştdə keçirilməsi planlaşdırılan danışıqları ləğv etmişdi. ABŞ lideri görüşün “lazım olan nəticəyə gətirməyəcəyinə” inandığı üçün bu qərarı verdiyini bildirmişdi.

Tahir Turan
Globalinfo.az