ABŞ prezidentliyinə namizəd Donald Tramp “Amerikanı xilas etmək” adlı yeni kitabında Rusiya Prezidenti Vladimir Putinlə bağlı yazıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, Tramp həmin kitabda Putinlə çəkdirdiyi fotonu altındakı qeydə onunla yaxşı anlaşdığını bildirib.
“Vladimir dominant liderdir, lakin biz qarşılıqlı anlaşmaya malik idik və yaxşı anlaşırdıq”, – Tramp qeyd edib.
D.Trampın bu addımla özünün prezident olacağı təqdirdə Ukraynada müharibənin baş verməyəcəyini bir daha vurğuladığı qeyd olunur.
O, kitabında ABŞ-la münasibətləri gərgin olan ÇİN və Şimali Koreya prezidentləri ilə də foto dərc edib və yaxşı münasibətinin olduğunu bildirib.
Zaira Akifqızı
Globalinfo.az