1736149143 0 koronavirus

Yunanıstanda ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma hallarında artım qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının (EODY) məlumatına görə, son bir həftə ərzində ölkədə daha 23 yeni yoluxma halı aşkarlanıb. Bununla da bu mövsüm ərzində qeydə alınan yoluxmaların ümumi sayı 65-ə çatıb.

Rəsmi açıqlamada bildirilir ki, yeni yoluxma hallarından 22-də sinir sisteminə təsir edən ağır xəstəlik inkişaf edib. Bir nəfərdə isə yalnız yüngül simptomlar müşahidə olunub.

Səhiyyə qurumları virusun əsasən ağcaqanad dişləməsi ilə yayıldığını vurğulayaraq vətəndaşlara xüsusilə riskli bölgələrdə qoruyucu tədbirlərə əməl etməyi tövsiyə ediblər.

Hazırda Attika, Saloniki və bir sıra digər bölgələrdə epidemioloji nəzarət gücləndirilib.

Tahir Turan

Globalinfo.az

Paylaş: