0079e0319d5d2cab86a005e7ea63159b

ABŞ Prezidenti Donald Tramp Ukraynada davam edən münaqişənin diplomatik və sülh yolu ilə həllinə ümidli olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.

Tramp ABŞRusiya arasında iqtisadi əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu da vurğulayıb:

“Düşünürəm ki, biz Rusiya ilə vəziyyəti həll edə bilərik. Bəli, bu, mürəkkəbdir. Münaqişə var, amma eyni zamanda ticarət üçün əla potensial mövcuddur”.

Tahir Turan
Globalinfo.az

Paylaş: