Tramp Putinə şərt qoydu – Rubio açıqladı

Tramp Putinə şərt qoydu - Rubio açıqladı

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə töhfə verəcəyi təqdirdə rusiyalı həmkarı Vladimir Putinlə görüşə razılıq verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Hər iki tərəf razılaşdı ki, prezidentlərimiz arasında növbəti görüş konkret nəticə verməlidir. Biz bilməliyik ki, müsbət bir şey əldə etmək üçün real şans var”, -o bildirib.

ABŞ dövlət katibi qeyd edib ki, Vaşinqton “görüşlər xatirinə” belə tədbir keçirmək niyyətində deyil.

Qeyd edək ki, oktyabrın 23-də Tramp rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə keçirilməsi planlaşdırılan danışıqları ləğv etdiyini  açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az