a8e471654b3c773a85b63982628824b5 1754066126

Ukrayna Prezidenti Volodimir Zelenskinin məsləhətinə heç kimin ehtiyacı yoxdur və o, yalnız öz ölkəsinin xalqının qayğısına qalmalıdır.

Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, “TV Center” telekanalına müsahibəsində “istəyənlər koalisiyası” tərəfindən ətrafa göndərilən narkomanı (Zelenski) heç kimin ciddiyə almayacağını bildirib.

Bu fikri o, Zelenskinin Rusiya Prezidenti Vladimir Putinin Alyaskada danışıqlar zamanı ABŞ lideri Donald Trampı aldatmağa çalışacağı barədə sözlərini şərh edərkən səsləndirib.

Diplomatın sözlərinə görə, yalnız respublika xalqının Zelenskinin qayğısına ehtiyacı var, lakin Ukrayna lideri öz vətəndaşları ilə maraqlanmır.

Tahir Turan

Globalinfo.az

Paylaş: