Tramp onu “tarixin ən yaxşı futbolçusu” adlandırdı

Tramp onu "tarixin ən yaxşı futbolçusu" adlandırdı

ABŞ Prezidenti Donald Tramp braziliyalı Peleni tarixin ən yaxşı futbolçusu adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “DAZN” nəşri paylaşım edib.

“Uzun illər əvvəl, mən gənc olanda, Pele adlı oyunçunu bura gətirdilər. Mən deyərdim ki, o, inanılmaz dərəcədə möhtəşəm idi”, – deyə Tramp bildirib.

Qeyd edək ki, iyulun 13-də İngiltərənin “Çelsi” klubu ilə Fransanın PSJ-si arasında dünya çempionatının final oyunu keçirilib. Oyun London klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçdan sonra D.Tramp futbolçulara mükafatlar təqdim edib.

Əliyar Xəlil
Globalinfo.az