Ermənilərdən növbəti gülünc saxtakarlıq – FOTOFAKT

“Ermənilər BMT və YUNİSEF-in adından Yer kürəsinin 8 milyardıncı sakini ilə bağlı yalan məlumat yayıblar”.

Globalinfo.az bildirir ki, bu sözləri STM-in İdarə Heyətinin üzvü professor Tahirə Allahyarova deyib.

“Bu gün erməni mediası dünyanın 8 milyardıncı sakininin guya  Ermənistanın Gekarkunik rayonunda dünyaya gələn qız uşağı olması ilə bağlı saxta məlumat tirajlayıblar. Məlumatda utanmadan BMT və YUNİSEF-ə istinad ediblər.

Araşdırmamız göstərdi ki, bu, tamamilə saxta məlumatdır. BMT-nin rəsmi məlumatına görə, dünyanın 8 milyardıncı sakini Filippinin paytaxtı Manilada anadan olub”, – T.Allahyarova bildirib.

Turan Rzayev
Globalinfo.az