
Donald Tramp ABŞ Prezidenti kimi vəzifəsinin icrasına başladı. O, 4 il müddətinə Birləşmiş Ştatların rəhbəri kimi fəaliyyət göstərəcək. Artıq andiçmə mərasimi başa çatıb və Trampın ilk sərəncamları, eləcə də dövlət başçısı kimi siyasətini bəlli edəcək addımları açıqlanıb.
Baku TV-nin efirində İsmayıl Yaşaroğlunun təqdimatında yayımlanan “Baku analitik” verilişində Globalinfo.az saytının rəhbəri, siyasi yazar Azər Ayxan və politoloq Sahil İsgəndərov D.Trampın prezident kimi vəzifəsinə başladıqdan sonra ABŞ-da və bütün dünyada proseslərin hansı məcrada gedəcəyi haqda fikir mübadiləsi aparıblar. Müzakirələrdə əsas fikir Trampın Amerika materikinə yeni müharibələr vəd etməsi olub. Ekspertlər bildiriblər ki, onun Qrenlandiyanı, Panamanı işğal edəcəyi haqda bəyanatları və Kanadaya ərazi iddiası irəli sürməsi yeni konflikt ocaqlarının yaranmasına səbəb ola bilər. Bildirilib ki, Donald Tramp Amerika materikinə yeni iqtisadi, siyasi və hərbi müharibə vəd edir.
Verilişin videosunu təqdim edirik:
Globalinfo.az














