oros tramp

“The New York Times”ın  amerikalı iş adamı və siyasi fəal Corc Sorosun rəhbərlik etdiyi Açıq Cəmiyyət Fondu ilə bağlı yaydığı xəbər diqqət çəkib. Məlumata görə, ABŞ Ədliyyə Departamenti federal prokurorlara fondun fəaliyyətini mümkün terror əlaqələri baxımından araşdırmağı tapşırıb.

Soros Fondu isə yayılan ittihamları “siyasi motivli hücum” adlandırıb. Maraqlıdır ki, hələ bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Soros və onun oğlunu terrorçuluqda ittiham edib, hər ikisini “manyak” adlandırıb.

Globalinfo.az-a danışan politoloq Samir Hümbətov bildirib ki, Açıq Cəmiyyət Fondunun terrorla əlaqələndirilməsinin bir neçə əsas səbəbi ola bilər:

“Bu ittihamlar, əsasən, Fondun bəzi ölkələrin daxili işlərinə müdaxilə etməsi və cəmiyyətləri dövlətlə qarşıdurma həddinə gətirməsi ilə bağlıdır. Məsələnin arxasında Donald Trampın siyasi iradəsi dayanır. Tramp başa düşür ki, ABŞ-ın bəzi ölkələrlə münasibətlərinin gərginləşməsində Corc Sorosun rəhbərlik etdiyi Fondun ciddi təsiri olub. O, Sorosun müxtəlif ölkələrdə çevrilişlərin və inqilabların maliyyələşdirilməsində rol oynadığını da bilir. Belə olan halda, bu cür ittihamların səsləndirilməsi və araşdırmaların başlanması təsadüfi deyil”.

samir humbetov 2
Samir Hümbətov

Politoloq qeyd edib ki, Trampın əsas məqsədi ABŞ-ın beynəlxalq əlaqələrini yenidən formalaşdırmaqdır:

“Xüsusilə bəzi ölkələrdə Soros Fondunun fəaliyyəti daxili sabitliyin pozulmasına səbəb olub. Tramp da bunu yaxşı anlayır. Hazırda ABŞ daxilində də vəziyyət gərgindir və Sorosun maliyyə resursları gələcəkdə Tramp üçün ciddi maneəyə çevrilə bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: