cp2mSzSfofg4NpZbir1uYZvM5BUL3KqHlAFTR7u3 825 7

Türkiyə Xarici İşlər Nazirliyi İsrail parlamentinin işğal altındakı İordan çayının qərb sahilini ilhaq etmək cəhdini kəskin şəkildə pisləyib.

Globalinfo.az xəbər verir ki, nazirlikdən bu addımın beynəlxalq hüquqa zidd olduğunu, o cümlədən regionda təhlükəsizliyi və sabitliyi təhdid etdiyini bildirilib.

Bəyanatda Türkiyənin Fələstin xalqının hüquqlarını müdafiə etməyə və paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləməyə davam edəcəyi vurğulanıb:

“İsrailin bu addımı beynəlxalq hüququ pozur və etibarsızdır. Qəzzada sülh səyləri davam edərkən atılan bu təxribatçı addım regionda təhlükəsizlik və sabitliyi təhdid edir”.

Paylaş: