Tramp məhkəməyə verildi – Səbəb

Tramp məhkəməyə verildi - Səbəb

Kaliforniya ştatının qubernatoru Qevin Nyusom ABŞ Prezidenti Donald Trampı məhkəməyə verib.

Globalinfo.az xəbər verir ki, buna səbəb Ağ Ev sahibinin iğtişaşları dayandırmaq üçün Los-Ancelesə Milli Qvardiyanın yerləşdirilməsi qərarı olub.

İddiada bildirilib ki, bu addım qurbernatorun icazəsi olmadan atılıb və əmrin ləğv edilməsi tələb edilib.

Qeyd edək ki, D.Tramp Los-Ancelesdəki etirazların qarşısını almaq üçün ABŞ Milli Qvardiyasının iki min əsgərinin yerləşdirilməsi haqqında memorandum imzalayıb.

Günay Rəsulqızı
Globalinfo.az