Tramp Maskın “Tesla”sını satır

Tramp Maskın “Tesla”sını satır

ABŞ Prezidenti Donald Tramp qırmızı Tesla elektrik avtomobilini satmağı və ya hədiyyə etməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Amerika lideri avtomobili 2025-ci ilin əvvəlində İlon Maskın şirkətinə dəstək olaraq alıb. Prezidentin elektromobildən qurtulmaq niyyəti ilə bağlı şayiələr Trampla Mask arasında fikir ayrılıqları fonunda yaranıb.

Qeyd edək ki, Mask və Tramp arasında mübahisə milyarderin yeni vergi qanun layihəsini tənqid etməsi nəticəsində yaranıb.

Əliyar Xəlil 

Globalinfo.az