ABŞ Prezidenti Donald Tramp Kanadaya “ciddi” vergi güzəştlərinin tətbiqi və ticarət rüsumlarından azad edilmə şərtləri ilə 51-ci ştat olmağı təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Trampın sözlərinə görə, o, Kanadanı böyük məmnuniyyətlə Birləşmiş Ştatların tərkibində görmək istərdi.
“Əgər bu baş verərsə, Kanada vətəndaşları yüksək həcmdə vergi güzəştləri əldə edəcək. Bilirəm ki, vergilər onların həyatını çox çətinləşdirir”, – deyə ABŞ lideri qeyd edib.
Tramp Kanada vətəndaşlarının hərbi məsələlərlə bağlı narahat olmayacaqlarına və ən gözəl tibbi xidmət əldə edəcəklərinə söz verib.
Əliyar Xəlil














